BAKI, 2 fevral. TELEQRAF
Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün fyuçersləri səhər saatlarındakı 10% ucuzlaşmadan sonra yenidən artmağa başlayıb.
Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 10:38-də gümüşün fyuçersləri 9,34% ucuzlaşaraq bir unsiyası üçün 71,2 ABŞ dolları olub. Hazırda metalın qiyməti 81 dollara çatıb ki, bu da 3,14%-lik artım deməkdir.
Qeyd edək ki, COMEX-də qızılın unsiya üzrə fyuçersləri isə 0,82% ucuzlaşaraq 4706 ABŞ dolları təşkil edib.