AZ

QHT sədri Vüsalə Qələndərli Azərbaycan gənclərini təbrik edib

Azərbaycan gəncliyi bu gün ölkəmizin ən böyük gücü, gələcəyimizin etibarlı təminatıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafına, onların təhsilinə,  yaradıcı potensialının üzə çıxarılmasına xidmət edir. Gənclərə göstərilən dövlət qayğısı onların cəmiyyətin fəal üzvü kimi formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsinə geniş imkanlar yaradır.

Azərbaycan gəncliyi bu gün elm, təhsil, mədəniyyət, idman və ictimai fəaliyyət sahələrində ölkəmizi layiqincə təmsil edir.  Bu nailiyyətlərin əsasında güclü dövlət dəstəyi, məqsədyönlü gənclər siyasəti və gənclərin öz üzərlərində səylə çalışması dayanır. Bu gün Azərbaycan gəncləri ən yüksək vəzifələrdə çalışır, vətənimizi xarici ölkələrdə layiqincə təmsil edir. 

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi olaraq bizim də əsas fəaliyyət istiqamətlərimizdən biri istedadlı, yaradıcı və təşəbbüskar gənclərin aşkara çıxarılması, onların inkişafına dəstək göstərilməsi, cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Birliyimiz gənclərin bilik və bacarıqlarının tanıdılması, sosial və mədəni layihələrdə fəal iştirakının təmin olunması, onların özünəinamlı və məsuliyyətli vətəndaş kimi formalaşması üçün ardıcıl fəaliyyət göstərir.

İnanırıq ki, gənclərimiz dövlətimizin yaratdığı imkanlardan düzgün istifadə edərək ölkəmizin daha da güclənməsinə, inkişafına və parlaq gələcəyinə öz töhfələrini verəcəklər. Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, onlara möhkəm sağlamlıq, böyük uğurlar, parlaq ideyalar və Vətənimiz naminə şərəfli yol arzulayıram.


Vüsalə Qələndərli
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri

Seçilən
1
qht.az

1Mənbələr