Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, son yüz il ərzində Rusiya 19 dövlətə qarşı hərbi hücumlar həyata keçirib, halbuki bu ölkələrdən heç biri Rusiyaya hücum etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onun sözlərinə görə, mövcud vəziyyətdə beynəlxalq ictimaiyyət güzəştləri məhz Moskvadan tələb etməlidir.
Bu güzəştlər, xüsusilə, Rusiya hərbi büdcəsinin, ordunun say tərkibinin və nüvə arsenalının məhdudlaşdırılması ilə bağlı olmalıdır.
“Biz güzəştləri Rusiya tərəfdən axtarmalıyıq — hərbi xərclər, ordu və ya nüvə silahları məsələlərində,” — deyə Kallas vurğulayıb.
Bizim.Media