AZ

İndoneziya prezidentindən üçüncü dünya müharibəsi XƏBƏRDARLIĞI 

İndoneziya Prezidenti Prabovo Subianto üçüncü dünya müharibəsi riski ilə bağlı narahatlığını ifadə edərək, onun nəticələrinin hətta münaqişələrdə birbaşa iştirak etməyən dövlətlər tərəfindən də hiss ediləcəyini vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, İndoneziya lideri bunu Mərkəzi və Regional Hökumətlərin 2026-cı il Milli Koordinasiya Görüşündə çıxış edərkən bildirib.

O deyib: "İndi üçüncü dünya müharibəsinin baş vermə ehtimalı ilə bağlı qlobal həyəcan təbili çalınır".

Prezidentin sözlərinə görə, hətta neytrallığı qoruyan ölkələr belə, xüsusən də nüvə silahının istifadəsi halında, mümkün münaqişənin qlobal nəticələrindən qaça bilməyəcəklər. O qeyd edib ki, beynəlxalq ssenarilər və ekspert qiymətləndirmələri radioaktiv çirklənmədən tutmuş uzunmüddətli iqlim fəsadlarına qədər bu cür nəticələrin transsərhəd xarakterini göstərir.

Zeynəb Rzayeva

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr