AZ

“Real”da ciddi – Bellinqem zədələndi 

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Rayo Valyekano” ilə oyunda sol ayağının yarım vətər əzələsindən zədələnib.

Həkimlərin ilkin rəyinə əsasən, bərpa prosesi ən azı 1 ay çəkəcək.

Bu səbəbdən Bellinqem Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” ilə keçiriləcək hər iki oyunu buraxacaq.

Seçilən
11
idmanxeber.az

1Mənbələr