AZ

Ukrayna ilə bağlı üçtərəfli danışıqların növbəti raundunun tarixi və yeri açıqlandı

Bakı. Trend:

Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukraynaarasında danışıqların növbəti raundu 4–5 fevral tarixlərindəƏbu-Dabidə keçiriləcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibiDmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, üç tərəfin qrafiklərinin əlavəuyğunlaşdırılmasına ehtiyac yarandığı üçün danışıqlar həftəninortasına ertələnib.

“Hazırda çərşənbə–cümə axşamına nəzərdə tutulur. Doğrudan da,ikinci raund məhz bu günlərdə keçiriləcək. Danışıqlar Əbu-Dabidəbaş tutacaq, bunu təsdiqləyə bilərik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, görüşün bazar günü, fevralın 1-nə planlaşdırıldığıbildirilirdi.

Bundan əvvəl, "The New York Times" qəzeti üçtərəfli danışıqlarınəvvəlcə BƏƏ-nin paytaxtında bazar gününə planlaşdırıldığını, lakinsonradan təxirə salındığını yazmışdı.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr