2025-ci il 72 min 600 gənc münasib işlərlə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Son bir il ərzində proqram çərçivəsində 2500 gəncə aktivlər təqdim olunub, bununla da müxtəlif iqtisadi sahələr üzrə kiçik bizneslər qurulub.
Eyni dövrdə 9500-dək gənc peşə hazırlığı kurslarına cəlb edilərək əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnib
2025-ci ildə əsasən gənclərdən ibarət 343 min nəfər peşəyönümü xidmətləri ilə əhatə olunub.
Aytac Zeyanlova