AZ

Aqil Abbas: “Donor olmaq fikrim yoxdur, nəyim sağdır ki, harasa köçürülsün...”

Milli Məclisin deputatı Aqil Abbas ürək transplantasiyası üçün donor olmaq istəmir.

 

A.Abbas Pravda.az-a açıqlamasında belə deyib.

 

O, ürək transplantasiyası əməliyyatından sonra ölkədə donor olmaq istəyənlərin arasında Milli Məclisin deputatlarının olması barədə məlumatlara belə münasibət bildirib: “Xeyr, donor olmaq istəyən deputatların arasında yoxam, olmaq fikrim də yoxdur. 73 yaşım var, indən belə mənim nəyim sağdır ki, harasa köçürülsün...”

 

Aytəkin Qardaşova

Tarix: 2 Fevral 2026, 14:59   
Seçilən
21
2
pravda.az

3Mənbələr