Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsiüzrə biznes kredit portfeli 1,907 milyard manat təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıqmüqayisədə 16,6 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünənisbətən isə 446 milyon manat 30,5% artıb.
Belə ki, nəqliyyat sektoru üzrə banklar tərəfindən verilmişbiznes kreditlərin məbləği 2025-ci ilin dekabrın 1-nə 1,890 miyardmanat, ötən ilin yanvarın 1-nə isə 1,461 milyard manat təşkiletmişdi.
Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda banklarınkredit portfeli 1,3% və ya 377,5 milyon manat artaraq 30,063milyard manat olub. Kredit portfelinin strukturunda bizneskreditlәri 53,6% (16,106 milyard manat), istehlak kreditlәri 31,1%(9,354 milyard manat) vә ipoteka kreditlәri 15,3% (4,602 milyardmanat) təşkil edib.