Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.
Kremlin baş təbliğatçısı Vladimir Solovyov son verilişində amerikalı milyarder İlon Maskı hədəf alıb.
“AzPolitika” xəbər verir ki, Solovyov çıxışında Maskı Rusiyaya qarşı hərbi fəaliyyətlərə birbaşa dəstək verməkdə ittiham edib.
O qeyd edib ki, Maskın “Starlink”-ləri müharibədə Rusiyaya qarşı istifadə olunur. Putinin bu yaxınlarda təntənəli şəkildə Kremldə mükafatlandırdığı Solovyov Maskın “Starlink” rabitə vasitələrini məhv etməyi və bunun üçün kosmosda nüvə partlayışı həyata keçirməyi təklif edib: “Maskın “Starlink”i kosmosun militarizasiyasıdır. Onun üzərində işlədiyi hər şey Rusiyaya qarşı, rusların öldürülməsi üçün müharibədə istifadə olunur. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Ona görə, nədən Maskın peykləri bizim üçün qanuni hədəf olmasın? Kosmosda nüvə silahının tətbiqi bu məsələni ciddi şəkildə həll edə bilər”.
Solovyov razılaşıb ki, belə bir partlayış kosmosdakı Rusiya peyklərini də məhv edə bilər. Lakin əlavə edib ki, Rusiyanın Qərb texnologiyalarından, eləcə də kosmosdakı peyklərin səviyyəsi məsələsində xeyli geri qaldığını nəzərə alaraq, Rusiya peyklərinin “qurban verilməsini” məqbul saymaq olar.
Qeyd edək ki, oxşar absurd iddialar və təkliflər daha əvvəl də səsləndirilib. Hazırda İlon Maskın hədəf alınması isə onunla bağlıdır ki, Mask Rusiyanın son vaxtlar Ukraynaya qarşı müharibədə “Starlink” avadanlıqalrından istifadəsinin qarşısını almaqla bağlı qərar verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.