AZ

Rusiya Ukraynanın enerji şəbəkəsinə hücumları bərpa edib

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Enerji atəşkəsi" başa çatdı və Rusiya yenidən Ukraynanın enerji infrastrukturuna zərbələr endirir. Atəş bir neçə bölgədə elektrik kəsintilərinə səbəb olub”.

525.az xəbər verir ki, bunu Ukraynanın energetika nazirinin müavini Artem Nekrasov brifinqdə deyib.

O bildirib ki, Rusiyanın enerji infrastrukturuna hücumları nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkasy vilayətlərindəki istehlakçılar elektrik enerjisindən məhrum olublar. Hücumlar nəticəsində zərər çəkmiş enerji obyektlərində bərpa işləri davam edir.

Paytaxtda və Kiyev bölgəsində elektrik kəsintiləri qeydə alınır. Elektrik şəbəkəsi sabitləşdikdən sonra paytaxt saatlıq bağlanma qrafikinə qayıdacaq.

Nekrasov bildirib ki, çətin hava şəraiti səbəbindən Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb:

"Ölkənin bəzi bölgələrində elektrik şəbəkəsindəki çətin vəziyyət səbəbindən təcili elektrik kəsintiləri tətbiq olunur. Vəziyyət sabitləşdikdən sonra istehlakçılar proqnozlaşdırılan saatlıq qrafiklərinə qayıdacaqlar".

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
525.az

1Mənbələr