AZ

https://azertag.az/xeber/siyezende_bas_veren_yol_qezasi_zamani_baci_qardas_olub-3998319

Bakı–Quba–Dağıstan yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R. Mirzəyev həyatlarını itiriblər. Bu hadisə sadəcə yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

“Yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir”,- deyə məlumatda vurğulanıb.

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr