AZ

Azərbaycan Gəncləri Günü təkcə bir təqvim bayramı deyil Elnarə Akimova

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan tarixinin müasir mərhələsi gənclərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas sütunlarından birinə çevrildiyi dövrdür.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.

O bildirib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bir təqvim bayramı deyil, bu tarix müstəqil dövlətimizin gələcəyinə olan inamın, gənc nəslə etimadın rəmzidir.

Deputat eyni zamanda deyib:

“Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilir və Azərbaycan gəncliyini regional və qlobal miqyasda rəqabətədavamlı bir qüvvəyə çevirir”.

Akimova bildirir ki, bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişlənərək müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Dövlət başçısının gənclərlə bağlı siyasətində əsas məqsəd təşəbbüskar, savadlı, milli dəyərlərə bağlı, eyni zamanda qlobal düşüncəli gəncliyin formalaşdırılmasıdır. “Gənclər ili”, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “Yüksəliş” müsabiqəsi, Prezident Mükafatı kimi layihələr gənclərin potensialının üzə çıxarılmasına xidmət edir. Gənclər evləri, könüllülük hərəkatı, beynəlxalq proqramlar və forumlar gənclərin sosiallaşmasını, liderlik bacarıqlarını və vətəndaş fəallığını artırır.

O, son olaraq deyib:

“2 Fevral – Azərbaycan Gəncləri Günü məhz bu ideyanın bayramıdır: güclü dövlət, şüurlu gənclik və möhkəm gələcək. Bu gün bir daha təsdiqləyir ki, Azərbaycan gəncliyi dünənin mirasına sahib çıxan, bu günü inkişaf etdirən və sabahı inamla quran əsas qüvvədir”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
icma.az

1Mənbələr