Bakı, 2 fevral, AZƏRTAC
Belarus Milli Bankı milli valyuta olan Belarus rublu üçün yeni qrafik simvolu təqdim edib.
AZƏRTAC Belarusun Belta informasiya agentliyinə istinadla xəbər verir ki, müəllifə bu gün mükafat sertifikatı verilib. Müsabiqəyə təxminən 2 min 700 müraciət daxil olub və onlayn səsvermə keçirilib. 22 min 146 iştirakçı yeni simvol üçün səs verib.
Yeni qrafik simvol səsvermənin nəticələrinə və komissiyanın qiymətləndirmələrinə əsasən seçilib. Nəticələr 2025-ci il dekabrın 31-də açıqlanıb.