AZ

Ukraynanın xilası alınmadı: Tramp üç ölkəyə yönəldi Putinlə anlaşma var?

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın Şərqdə ABŞ–İran gərginliyinin artması Vaşinqtonun qlobal prioritetlərini yenidən gündəmə gətirib. Ekspertlər hesab edir ki, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı təkcə Yaxın Şərqlə məhdudlaşmaya, eyni zamanda Ukrayna müharibəsi kontekstində Vaşinqton–Moskva münasibətlərinə də təsir göstərə bilər.

Bir neçə cəbhədə eyni vaxtda aktiv olmaq ABŞ üçün həm siyasi, həm də hərbi baxımdan ciddi resurs tələb etdiyindən, bəzi analitiklər Vaşinqtonun Rusiya ilə müəyyən anlaşma və ya güzəşt variantlarını nəzərdən keçirə biləcəyini istisna etmirlər.

ABŞ İrana hücum edərsə, Vaşinqton Ukrayna cəbhəsində Moskva ilə razılaşacaq? Bu, hansı güzəştlər qarşılığında baş tuta bilər?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya–Ukrayna müharibəsi artıq ABŞ Prezidenti Donald Tramp üçün bir qədər arxa plana keçib:

“Trampın hakimiyyətə qayıtmasından bir il ötür. Ağ Ev rəhbəri vəziyyətə qayıtdıqdan sonrakı ilk 5–6 ay ərzində müharibəni dayandırmaq üçün böyük səylər göstərirdi. Nəticə isə istənilən kimi olmadı. Buna görə də Tramp başqa problemlərə yönəlib. Qrenlandiya, Venesuela və Panama buna misal ola bilər.

Elxan Şahinoğlu

İndi əsas məsələ İranın ram edilməsidir. Belə bir münasibətlər sistemində Tramp eyni diqqəti Rusiya–Ukrayna müharibəsinə göstərə bilməz. Lakin bu, Vaşinqtonun Moskva ilə anlaşacağı mənasına gəlmir. Tərəflərə təzyiqlərin də azalacağını düşünmürəm. Vaşinqton vasitəçilikdən əl çəkməyəcək. İranla bağlı situasiyadan asılı olmayaraq, ABŞ Ukrayna məsələsinə diqqət ayıracaq və Rusiya ilə uzlaşmayacaq”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
globalinfo.az

1Mənbələr