AZ

Amerikada azərbaycanlıdan Prius aldım 3500 dollar ziyan etdim

ain.az, Milli.az saytına istinadən bildirir.

Amerikada azərbaycanlıdan 2500 dollara "Toyota Prius" markalı avtomobil alan şəxs aldadılıb.

Milli.Az-ın məlumatına görə, o, avtomobili Araz adlı şəxsdən alıb və ilkin mərhələdə ona bir həftəlik zəmanət verilib. Lakin maşını götürən kimi problemlər ortaya çıxıb.

Onun sözlərinə görə, avtomobili təhvil aldıqdan dərhal sonra təkərlərdə problem yaranıb. Aparılan yoxlama zamanı disklərin yararsız olduğu məlum olub və hər bir disk 150 dollara, təkər isə 70 dollara dəyişdirilib.

Vətəndaş bildirib ki, üç gün keçməmiş avtomobil qızdırmağa başlayıb. Ustaya müraciət edil və 90 dollar ödəniş etsə də, problem aradan qalxmayıb. Daha sonra digər ustaya aparılan avtomobildə mühərrikin dəyişdirilməsinə ehtiyac olduğu bildirilib. Təmir zamanı radiatorun da dəyişdirilməsi zəruri olub və əlavə 300 dollar xərc çıxıb. Nəticədə ümumi təmir xərci 1843 dollar təşkil edib.

Məlumata görə, tərəflər arasında xərclərin ödənilməsi ilə bağlı razılaşma olsa da, vətəndaş bütün məbləğin geri qaytarılmasını istəmədiyini, yalnız yarısının ödənilməsinə razı olduğunu deyib.

Bir müddət sonra avtomobilin batareyası sıradan çıxıb və bunun üçün əlavə 400 dollar ödəyib.

Ən ciddi problem isə polis tərəfindən saxlanılarkən ortaya çıxıb. Bildirib ki, avtomobilin üzərində olan qeydiyyat stikerinin başqa nəqliyyat vasitəsinə aid olduğu müəyyən edilib. Polis avtomobilin qeydiyyatsız olduğunu bildirib.

Vətəndaş qeyd edib ki, bu hal nəticəsində polis onun saxtakarlıq etdiyini əsas gətirərək həbs edə bilərdi. Onun sözlərinə görə, bütün xərclər nəzərə alındıqda avtomobilə ümumilikdə 7 min dollar vəsait xərclənib.

Hazırda avtomobili satan şəxslə əlaqə saxlamağın mümkün olmadığı bildirib.

Vətəndaş başına gələnləri paylaşmaqda məqsədinin başqalarını xəbərdar etmək olduğunu deyib və xaricdə avtomobil alarkən daha diqqətli olmağın vacibliyini vurğulayıb.

Mina Mikayılova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
news.milli.az

3Mənbələr