AZ

Rusiya Ukraynaya nüvə zərbəsi endirə bilər?

Rusiyanın Ukraynaya mümkün nüvə zərbəsi məsələsi ilə bağlı Moskva 2024-cü ildə dəyişdirilmiş müvafiq doktrinanı rəhbər tutur.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, Rusiya hələ bu silahlardan istifadə etmirsə, deməli, bunun üçün heç bir əsas yoxdur.

"Rusiya nüvə doktrinasına ciddi şəkildə uyğun hərəkət edir və dövlət başçısı bu barədə dəfələrlə danışıb", - deyə Medvedev qeyd edib.

Seçilən
2
publika.az

1Mənbələr