AZ

Dairədə qaydaları pozan sürücü hərəkəti ləngidib təhlükə yaratdı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Abşeron rayonu, Masazır dairəsində yol hərəkəti qaydalarını pozan sürücü avtomobil kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-da saat 19:34 radələrində qeydə alınıb.

Belə ki, 99-CY-091 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü zolaqda düzgün yerləşmə və manevr qaydalarını pozub.

Kadrlardan aydın olur ki, sürücü yalnız düzünə hərəkətə icazə verilən ən sağ zolağa daxil olduğu halda, hərəkətə başlayan zaman solda dayanmış nəqliyyat vasitələrinə yol vermədən sola doğru manevr edib.

Nəticədə o, hərəkətdə olan avtomobillərin qarşısını kəsərək qəza şəraiti yaradıb və digər sürücülərin hərəkətini məhdudlaşdırıb.

Yol hərəkəti qaydalarına əsasən, sürücülər zolaqda hərəkət istiqamətinə uyğun yerləşməli və yalnız icazə verilən istiqamətdə manevr etməlidirlər. Xüsusilə dairələrdə düzgün zolaq seçilməməsi və yol vermə tələbinin pozulması yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

Nərmin

Oxunub 0

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
avtosfer.az

1Mənbələr