AZ

Hüseyn Həsənova rəsmi ittiham irəli sürüldü

Azərbaycanlı bloger Hüseyn Həsənova rəsmi ittiham elan edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun Telegram kanalı məlumat yayıb.

Cinayət işi üzrə ittiham aktı Moskvanın Cənub İnzibati Dairəsi Prokurorluğu tərəfindən təsdiqlənib. Həsənov cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında ittiham olunur.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Presnenski Rayon Məhkəməsinə göndərilib.
 

Təqsirləndirilən şəxs axtarışda olduğu üçün məhkəmə prosesi onun iştirakı olmadan aparılacaq. Həsənov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.


Xatırladaq ki, daha əvvəl istintaq müəyyən edib ki, Hüseyn Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərərək gəlirlərini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan (təxminən 3,7 milyon AZN) artıq vergi ödəməyib.

Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr