AZ

68-ci "Grammy" mükafatlarının qalibləri məlum oldu

68-ci "Grammy" mükafatlarının qalibləri məlum oldu

Musiqi dünyasının ən nüfuzlu mükafatlarından hesab edilən "Grammy" mükafatlarının qalibləri ABŞ-ın Los-Anceles şəhərində keçirilən təntənəli mərasimlə açıqlanıb. Los-Ancelesdəki "Crypto.com Arena"da baş tutan 68-ci mükafatlandırma gecəsinin aparıcılığını məşhur komediya ustası Trevor Noa edib.

Gecənin ən mühüm mükafatlarından olan "İlin mahnısı" nominasiyasında Billi Ayliş "Wildflower" bəstəsi ilə qalib gəlib. "İlin səsyazması" mükafatı Kendrik Lamar və SZA-nın işbirliyi olan "Luther"ə verilib. "İlin albomu" mükafatının sahibi isə Bad Bunny-nin "Debi Tirar Mas Fotos" adlı albomu olub.

"Ən yaxşı yeni sənətçi" mükafatını Oliviya Din qazandığı halda, pop musiqi kateqoriyalarında Ledi Qaqa "Mayhem" albomu ilə ön plana çıxıb. Ledi Qaqa "Ən yaxşı pop vokal albomu" mükafatı ilə yanaşı, "Abracadabra" mahnısı ilə "Ən yaxşı rəqs/pop səsyazması" mükafatını da əldə edib. "Ən yaxşı musiqi videosu" mükafatı isə Doeçinin "Anxiety" adlı işinə verilib.

Rep kateqoriyalarında gecənin ən diqqətçəkən ismi Kendrik Lamar olub. Sənətçi "GNX" albomu ilə "Ən yaxşı rep albomu", "TV Off" ilə "Ən yaxşı rep mahnısı", "Luther" ilə isə "Ən yaxşı melodik rep performansi" mükafatlarını qazanıb.

Alternativ musiqi sahəsində "The Cure" qrupu "Songs Of A Lost World" ilə "Ən yaxşı alternativ musiqi albomu" mükafatına layiq görülüb. Rok musiqi kateqoriyasında "Ən yaxşı rok albomu" mükafatı "Never Enough" əsəri ilə "Turnstile" qrupuna verilib.

Film və televiziya musiqiləri sahəsində "Ən yaxşı film/TV musiqiləri albomu" mükafatını Lüdviq Qöransson "Sinners" filmi ilə qazanıb. "K-Pop Demon Hunters" filmində yer alan "Golden" bəstəsi isə "Vizual media üçün yazılmış ən yaxşı mahnı" mükafatını qazanaraq bu sahədə bir ilkə imza atıb.

Seçilən
21
afn.az

1Mənbələr