AZ

Atasını itirən "Liverpul"lu darmadağından sonra emosional paylaşım etdi

İngiltərə Premyer Liqasının 24-cü turunda "Nyukasl"ı 4:1 hesabı ilə darmadağın edən "Liverpul"un fransalı müdafiəçisi İbraima Konate matçın ardından sosial şəbəkə hesablarında emosional paylaşım edib.

Fanat.Az xəbər verir ki, atasını itirən futbolçu belə yazıb:

"Çox xoşbəxtəm və hisslərimi necə ifadə edəcəyimi bilmirəm... Son iki həftə mən və ailəm üçün ağır dönəm idi. Amma bu, həyatın bir hissəsidir. Baxmayaraq ki, barışmaq çox çətindir... Bir neçə zədəli futbolçumuz var. Məşqçi mənə tələsməməyi tövsiyyə etmişdi. Ancaq düşünürəm ki, burada olmalı və komandama kömək etməliydim".

Qeyd edək ki, Konate "sağsağanlar"la matçın 90+3-cü dəqiqəsində komandasının 4-cü qoluna imza atıb.

Nihat

Seçilən
0
1
fanat.az

2Mənbələr