AZ

Yanvar ayı ərzində 7 aptekdə nöqanlar aşkarlanıb - AEM

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin AnalitikEkspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsindəyoxlama aparılıb. Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isərespublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdəhəyata keçirilib.

Trend xəbərverir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilir ki, keçirilən yoxlamaların 32-si planlı, 16-sı isəplandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibatiXətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrəmüvafiq inzibati protokollar tərtib edilib.

Seçilən
13
31
az.trend.az

10Mənbələr