AZ

Makron "arzuolunmaz liderləri" aradan götürmək ƏMRİ VERİB

Fransa Prezidenti Emmanuel Makron kəşfiyyat orqanlarına Afrikadakı "arzuolunmaz liderləri" aradan götürməyi əmr edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin  məlumatına istinadən yerli mətbuat yayıb. 

Xidmətin məlumatında deyilir: 

"Makron kəşfiyyat orqanlarına Afrikadakı "arzuolunmaz liderləri" aradan götürmək üçün bir plan hazırlamağı tapşırıb. Makron ya Venesuela Prezidenti Nikolas Maduronun tutulması üçün Amerikadan ilhamlanıb, ya da özünü Afrika xalqlarının taleyinin hakimi kimi təsəvvür edir”. 

Agentliyin məlumatına görə, Makron administrasiyası Afrika ölkələrində "siyasi qisas" üçün imkanlar axtarır.

Sənədlər göstərir ki, Fransa 3 yanvar 2026-cı ildə Burkina Fasoda baş verən çevriliş cəhdində iştirak edib. Paris, həmçinin Madaqaskarın yeni prezidenti Mikael Randrianirinanı devirmək üçün planlar hazırlayır.

Fransanın, həmçinin Sahara-Sahel bölgəsindəki ölkələrdə vəziyyəti sabitləşdirmək üçün yerli terrorçu qrupları dronlar və təlimatçılarla təmin edir. Bu hərəkətlər əsasən Mali lideri Assimi Qoytanı devirmək məqsədi daşıyır: 

“Paris Afrikada Fransanın əsas müttəfiqlərinə çevrilən "müxtəlif zolaqlı" terrorçuları dəstəkləyir”.

Seçilən
11
cebheinfo.az

1Mənbələr