Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Şəfahət İmranov indiyə kimi respublika hərbi prokurorunun müavini vəzifəsini tuturdu.
O, həmin postdan azad edilib.