AZ

Deputat seçicilərinə hesabat verdi

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı 2025-ci ilin payız sessiyasını əhatə edən hesabat təqdim edib.Ceyhun Məmmədov qeyd edib ki, təmsil etdiyi dairənin seçicilərinin Respublikanın 54 rayonunda olmasına baxmayaraq, seçicilərinin yanında olmağa, onların problemləri ilə yaxından maraqlanmağa, müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirməyə və həlli üçün lazımi tədbirlər görməyə çalışıb. Deputat bildirib ki, bu məqsədlə müntəzəm olaraq səyyar görüşlər keçirilib, onlayn platformalar üzərindən vətəndaş müraciətləri qəbul edilib, həmçinin fərdi və kollektiv şəkildə müraciət edən hər bir seçiciyə diqqət və qayğı ilə yanaşılıb. Millət vəkili həmçinin, televiziya kanallarında, sosial şəbəkələrdə ölkədə baş verən hadisələrlə bağlı münasibət bildirməyin, şəhid ailələri ilə sıx əlaqədə olmağın, gənclərin maarifləndirilməsi yolunda təşkil edilən tədbirlərə qatılmağın fəaliyyətinin ən vacib istiqamətlərindən olduğunu qeyd edib. O vurğulayıb ki, bu fəaliyyətlər cəmiyyətlə birbaşa ünsiyyətin, ictimai etimadın möhkəmlənməsinin və vətəndaş-dövlət münasibətlərində qarşılıqlı məsuliyyətin bariz nümunəsidir.Hesabat dövründə deputata ümumilikdə 73 yazılı, 143 şifahi, sosial şəbəkələr vasitəsilə isə 167 müraciət daxil olub. Müraciət edən hər bir şəxslə əlaqə yaradılıb, problemləri diqqətdə saxlanılıb, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Müraciətlərin əksəriyyəti sosial rifah, məşğulluq, təhsil, mənzil və məcburi köçkünlərin problemləri ilə bağlı olmuş, müvafiq dövlət qurumları ilə birgə şəkildə operativ tədbirlər görülüb. Ceyhun Məmmədov bundan sonrakı fəaliyyəti dövrlərində də daim seçicilərlə bərabər olacağını, onların problemlərinin həlli yolunda lazımi addımlar atacağını və onlarla birgə uğurlu nəticələrə nail olacağını bildirib. Deputat əlavə edib ki, qarşıdakı illərdə də əsas məqsəd seçicilərin məmnunluğuna və sosial rifahına yönəlmiş fəaliyyətin davam etdirilməsi olacaq.Ceyhun Məmmədov seçicilərinə verdiyi hesabata dair məlumatı daha geniş formada sosial şəbəkədə paylaşıb.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
modern.az

1Mənbələr