AZ

Son bir ildə daha 2500 gənc üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub

Son bir ildə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 2500 gəncə aktivlər təqdim olunaraq onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, il ərzində 9500-dək gənc Agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib, 72,6 min gənc isə münasib işlərlə təmin edilib.

Gənclərin müasir əmək bazarında tələb olunan peşələr barədə məlumatlı olmalarına, düzgün peşə seçiminə dəstək göstərilməsi də diqqətdə saxlanır. Ötən il bu məqsədlə böyük əksəriyyəti gənclər olan 343 min şəxs peşəyönümü xidmətlərlə əhatə olunub.

Seçilən
10
vergiler.az

1Mənbələr