AZ

"Arsenal"ın ispanı uzun müddətə sıradan çıxdı - RƏSMİ

İngiltərə Premyer Liqasının 23-cü turunda "Mançester Yunayted"ə 2:3 hesabı ilə uduzan "Arsenal" rəsmi saytı vasitəsi ilə həmin matçda xəsarət alan yarımmüdafiəçisi Mikel Merinonun uzun müddətə sıradan çıxdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, İspaniya millisinin üzvü əməliyyat olunacaq.

Bu mövsüm bütün turnirlərdə 33 matça çıxan Merino 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ildə İspaniya seçməsinin heyətində Avropa çempionu adını qazanıb.

Nihat

Seçilən
6
fanat.az

1Mənbələr