AZ

Peskov: Ukrayna üzrə danışıqlarda bəzi məsələlərdə yaxınlaşma yoxdur

Peskov:

Ukrayna üzrə danışıqlar çərçivəsində bəzi məsələlərdə tərəflər arasında yaxınlaşmanın olduğu söylənilə bilməz.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

Kremlin sözçüsü bildirib ki, "ortaq məxrəc tapmağın daha çətin olduğu məsələlər var - təəssüf ki, hələlik orada hər hansı bir yaxınlaşma müşahidə etmək mümkün deyil".

O, həmçinin qeyd edib ki, müzakirələr və söhbətlər aparıldıqca tərəflər bəzi digər məsələlərdə ortaq bir anlaşmaya yaxınlaşıblar.

Məryəm Quliyeva

Seçilən
1
xalqcebhesi.az

1Mənbələr