"Arsenal" transferin son günündə "Nyukasl"dan Sandro Tonalini transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu keçid asan görünmür. "Sağsağanlar" ilk təklifi rədd edib.
Ancaq "Arsenal" günün sonuna qədər bu transfer üçün çalışacaq.
Bu barədə insayder Florian Plattenberq məlumat yayıb.
Tonalinin "Nyukasl"la 2028-ci ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, Avropanın bir çox ölkəsində qış "transfer pəncərəsi" bu gecə bağlanacaq.