AZ

Azərbaycanlılar Berlində aksiya keçirdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Almaniyada yaşayan bir qrup Güney azərbaycanlı fəal Berlin şəhərində aksiya keçirib.

Axar.az xəbər verir ki, onlar bu barədə sosial mediada məlumat yayıblar.

İran həbsxanalarında saxlanılan azərbaycanlı milli məhbusların posterlərini daşıyan fəallar onların azadlığa buraxılmasını tələb ediblər.

Bununla yanaşı onlar “Nə şah, nə şeyx” plakatları qaldıraraq, molla və şahlıq rejimlərinə qarşı olduqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
axar.az

1Mənbələr