Naxçıvan, 2 fevral, AZƏRTAC
Sədərək rayonunun Sədərək kəndində qaz borusu korroziyaya uğrayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu səbəbdən yeraltı borunun yerüstü boru ilə əvəzlənməsi ilə bağlı bu gün saat 15-17 arası 553 abonentin qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin əraziyə mavi yanacağın verilişi bərpa ediləcək.