AZ

En-Nesiri "Fənərbaxça"nı tərk edir:RAZILIQ ƏLDƏ OLUNDU

Türkiyə Super Liqasında mübarizə aparan "Fənərbaxça"da ayrılıq yaşanacaq.

Apasport.az xəbər verir ki, Yusuf En-Nesiri komandanı tərk edəcək.

Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.

Onun sözlərinə görə, futbolçu "Əl-İttihad"a transfer olunacaq. Bildirilib ki, tərəflər müqavilənin şərtlərində razılığa gəliblər.

Keçidin rəsmiləşməsi üçün Səudiyyə Pro Liqasının transferə icazə verməsi gözlənilir.

Qeyd edək ki, mərakeşlı futbolçu "Fənərbaxça"ya 2024-cü ilin yayında qoşulub. Onun "sarı-lacivərdlilər"lə sözləşməsi 2029-cu ilin iyuluna qədərdir.

Livakoviç yenidən “Dinamo”da - RƏSMİ

“Espanyol”da yeni hücumçu

"Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR

Hansı matç, hansı kanalda? - TV AFİŞA

Fransa millisinin üzvü daha 5 il “Milan”da - RƏSMİ

Seçilən
7
2
apasport.az

3Mənbələr