Respublika hərbi prokurorunun birinci müavini, general-mayor Şəfahət İmranov tutduğu vəzifədən azad edilib.
Ölkə.az lent.az-a istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı müavifiq əmr imzalayıb.
Baş prokurorun digər əmri ilə o, Abşeron rayon prokuroru təyin edilib.
Bundan başqa, Kamran Əliyevin əmri ilə respublika hərbi prokurorunun sabiq müavini, general-mayor Fuad Məmmədov da Tərtər rayon prokuroru təyin olunub.