AZ

Abu-Dabidə üçtərəfli görüşün tarixi dəyişdi

Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun təhlükəsizlik məsələləri üzrə ikinci raundu fevralın 4-5-də Əbu-Dabidə keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qrupun təhlükəsizlik məsələləri üzrə işinin ikinci raundu ötən bazar günü planlaşdırılırdı, lakin üç tərəfin cədvəllərinin əlavə koordinasiyası tələb olunurdu və indi, çərşənbə-cümə axşamı günlərində, ikinci raund həqiqətən də Əbu-Dabidə keçiriləcək".

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların birinci raundu yanvarın 23-24-də BƏƏ-nin paytaxtında keçirilib.


Telegram kanalımız
Seçilən
7
yenisabah.az

1Mənbələr