Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında mümkün təmaslar yalnız Moskvada baş tuta bilər.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Zelenski təmaslar təklif edir, Putin isə bildirib ki, bu təmaslar Moskvada mümkündür. Bu mövqe bizim mövqeyimiz olaraq qalır”, - deyə Kreml nümayəndəsi vurğulayıb.
Peskovun sözlərinə görə, Rusiya tərəfinin bu məsələdə mövqeyi dəyişməz qalır və mümkün danışıqların formatı və yeri məhz bu çərçivədə nəzərdən keçirilir.