AZ

“Arsenal” tanınmış futbolçunu transfer etmək üçün danışıqlara başlayıb

Bakı, 2 fevral, AZƏRTAC

İngiltərənin "Arsenal" klubu İtaliya millisinin və "Nyukasl"ın futbolçusu Sandro Tonalini transfer etmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, London təmsilçisi artıq yarımmüdafiəçi üçün ilkin təklif göndərib, lakin qarşı tərəf bunu rədd edib.

Qeyd edək ki, Sandro Tonali "Nyukasl"a 2023-cü ilin yayında qoşulub. İtaliyalı futbolçu bu mövsüm klub səviyyəsində 35 oyunda meydana çıxıb və 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin "Nyukasl"la 2028-ci ilin yayına kimi müqaviləsi var.

Seçilən
10
5
azertag.az

6Mənbələr