AZ

Ərəblər 18 yaşlı hücumçuya 30 milyon avro ödədilər

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Renn"in hücumçusu Mohamed-Kader Meytenin transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı Ər-Riyad klubunun rəsmi saytı yayıb.

Futbolçu ilə üç il yarım müddətə müqavilə imzalanıb. "Transfermarkt"ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu Meyte üçün "Renn"ə 30 milyon avro ödəyib.

18 yaşlı Mohamed-Kader Fransa Liqa 1-ində 32 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Meyte Fransanın U-16, U-17, U-19 və U-21 millilərində çıxış edib.

Xatırladaq ki, "İnter"in keçmiş məşqçisi Simone İnzaqi 2025-ci ilin yayındam "Əl-Hilal"ı çalışdırır. Komanda hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 18 oyundan sonra 46 xalla birinci yerdədir.

Seçilən
0
1
fanat.az

2Mənbələr