AZ

“Türkiyə əsas vasitəçi rolunda…”

“Türkiyə

“Hazırda Türkiyə ABŞ ilə İran arasında yaranmış gərginliyin azaldılmasında əsas söz sahibi mövqeyinə yüksəlib və bu reallıq region ölkələri tərəfindən də qəbul olunur”.

Bu fikirləri politoloq Cavanşir Abbaslı Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İranın xarici işlər nazirinin qısa müddət ərzində Ankaraya səfər etməsi, Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanla görüş ehtimalının yüksək olması və Ərdoğanla İran prezidenti arasında baş tutan telefon danışığı onu göstərir ki, Tehran Vaşinqtonun İrana mümkün hərbi müdaxiləsinin qarşısının alınmasında Türkiyəni əsas və etibarlı vasitəçi kimi görür:

“Türkiyə artıq regionda rolunu sadəcə bəyanatlarla deyil, real diplomatik addımlarla ortaya qoyur.Ankara ‘regionda mən də varam’ mesajını sözlə yox, konkret nəticələrlə verir. İran başda olmaqla region ölkələri Türkiyəni əsas güc mərkəzlərindən biri kimi qəbul etməyə başlayıb və bu, son dərəcə önəmli geosiyasi dəyişiklikdir”.

Politoloq diqqətə çatdırıb ki, İranın ən yaxın müttəfiqlərindən biri sayılan Rusiyanın son proseslərdə gözlənilən aktiv mövqeni sərgiləməməsi Tehranda müəyyən məyusluq yaradıb:

“Rusiya son həftələrdə İranın gözlədiyi açıq dəstəyi göstərmir. Bu isə Moskva ilə Vaşinqton arasında müəyyən anlaşmaların mövcudluğu ehtimalını gücləndirir.Tramp administrasiyasının Ukrayna məsələsində Putinə verdiyi manevr imkanları, eləcə də Rusiyanın Venesueladakı proseslərə səssiz qalması bu ehtimalları daha da artırır.

Belə bir şəraitdə Türkiyə yaranmış geosiyasi boşluqdan məharətlə istifadə edərək yenidən danışıqlar masasında əsas vasitəçi rolunda çıxış edir və bu prosesin region üçün ciddi nəticələri olacaq.

Günel Elxan

“Türkiyə

Seçilən
8
1
xalqcebhesi.az

2Mənbələr