AZ

Medvedevdən Ukrayna ilə bağlı gözlənilməz açıqlama: Bu iddiasından imtina etdi

Ukrayna dövləti mövcud olmağa davam edə bilər.

Publika.az TASS agnetliyinə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Siyasətçi sülhün yalnız Ukraynadakı mövcud rejim devrildikdən sonra gələcəyini bildirsə də, dövlətin özünün "müəyyən formada" mövcud olmağa davam edəcəyini etiraf edib. "Müəyyən formada yaşayacaq. Təkrar edirəm, hansı formada olduğunu bilmirəm", - deyə o bildirib.

Medvedevin açıqlaması gözlənilməzdir, çünki 2024-cü ildə o, iyirmi birinci əsrin otuzuncu illərində Ukraynanın artıq mövcud olmayacağını və bununla da ölkənin NATO -ya üzvlüyü məsələsinin həll olunacağını iddia etmişdi.

Seçilən
12
1
publika.az

2Mənbələr