AZ

Yaponiyada qar fırtınası can almağa davam edir - 27 nəfər ölüb

Yaponiyada 20 yanvardan bəri davam edən güclü qar yağışı nəticəsində ölənlərin sayı 27-yə çatıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Yaponiya Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (FDMA) açıqlama yayıb.

Ən çox ölüm hadisəsi Niigatada 12 ölüm, ardınca Akitada 6, Hokkaydoda 3 və Aomoridə isə 2 ölüm hadisəsi qeydə alınıb. İvate, Yamaqata, Naqano və Şimane prefekturalarının hər birində bir ölüm hadisəsi olub.

Ölkə daxilində güclü qar yağışı və buzlu hava şəraitinin yaratdığı qəzalarda ümumilikdə 290 nəfər xəsarət alıb, onlardan 101-i ağır, 189-u isə yüngül xəsarət alıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr