Bakı. Trend:
Avstraliyada azyaşlıların sosial şəbəkələrə çıxışı ilə bağlıtətbiq olunan məhdudiyyətlər fonunda “Snapchat”da yaşı 16-dan aşağıolan istifadəçilərə məxsus 415 mindən çox hesabı bağlanıb və yadeaktiv edilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
"Snapchat"dan bildirilib ki, bu tədbir Avstraliyadakı,istifadəçilərin yaşlarını 16-dan aşağı olaraq bəyan etdikləri və yaşirkətin yaşın müəyyən edilməsi sistemləri vasitəsilə yetkinlikyaşına çatmadığı qiymətləndirilən hesablara şamil edilib.
Rəqəmlər yanvar ayının sonuna qədər olan dövrü əhatə edir vəşirkət qarşıda daha çox hesabı bloklamaq niyyətində olduğunugizlətmir.
Bu tədbir dekabr ayında Avstraliyada qəbul edilən Sosial Mediaüzrə Minimum Yaş (SMMA) qanununun tətbiqindən sonra həyatakeçirilib. Sözügedən qanun müəyyən platformaları 16 yaşdan aşağışəxslərin hesab sahibi olmasının qarşısını almağa məcbur edir.
“Snapchat” bu tələblərə əməl etməli olan ilkin 10 xidmətarasında yer alıb.