AZ

Castin Biber 4 ildən sonra səhnəyə belə geyimdə çıxdı

Məşhur müğənni Castin Biber dörd illik fasilədən sonra ilk dəfə səhnədə görünüb. O "Grammy" səhnəsinə çıxaraq "Yukon" mahnısını ifa edib. "Yukon" onun "Swag" adlı yeddinci studiya albomuna daxildir. Castin mahnını akustik tərzdə səsləndirib.

Far.Az xəbər verir ki, Bieber səhnədə minimal və cəsarətli obrazla diqqət çəkib. O, yalnız əyninə şort və corab geyinib. Castin kürəyinə həyat yoldaşı Heylinin üzünü döymə etdirib.

Kameralar tez-tez tamaşaçılar arasında əyləşən, ifanı heyranlıqla izləyən həyat yoldaşı, Heyli Biberə yönəlib.

Qeyd edək ki, Castin Biber dörd il əvvəl səhnəyə çıxıb.

O, 2023-cü ildə səhhəti və şəxsi səbəblərlə "Justice World Tour" turunun konsertlərini ləğv etdikdən sonra səhnədən xeyli uzaq qalıb. Sənətçi fasilə dövründə şəxsi həyatına üstünlük verib. 2024-cü ilin avqustunda onun ilk övladı dünyaya gəlib.

2026-cı il "Grammy" Mükafatlarında Castin Biber dörd nominasiya üzrə namizəd göstərilib.

Seçilən
12
far.az

1Mənbələr