AZ

Nazirlər Kabineti vergi və gömrük güzəşt və azadolmalarına dair qərarlarında dəyişiklik edib

Nazirlər Kabineti "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"nın və “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında müvafiq olaraq 2020-ci il 8 fevral və 3 noyabr tarixli qərarlarında dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, vergi və gömrük sahəsində güzəşt və azadolmaların qiymətləndirilməsinin aparılması məqsədilə meyarlar təsnifləşdirilib.
Dəyişikliklər vergi və gömrük güzəşt və azadolmalarının uçotunun daha dəqiq aparılmasına, səmərəliliyinin qiymətləndirilməsinə və büdcə gəlirlərinə təsirinin təhlilinə xidmət edir.

Seçilən
9
vergiler.az

1Mənbələr