Bakı. Trend:
Almaniyada ictimai nəqliyyat şirkətlərində çalışan işçilərinəməkhaqqı və iş şəraitinin yaxşılaşdırılması tələbi iləbaşlatdıqları xəbərdarlıq tətili ölkənin böyük hissəsində nəqliyyatxidmətlərini demək olar ki, tam dayandırıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Almaniyanın ən iri həmkarlarittifaqlarından olan Birləşmiş Xidmət Sektoru Həmkarlar İttifaqınınçağırışı ilə işəgötürənlərə təzyiq göstərmək məqsədilə təxminən 150bələdiyyə nəqliyyat şirkətinin əməkdaşları 24 saatlıq tətiləbaşlayıblar.
Tətil səbəbindən ölkə üzrə avtobus, metro və tramvay reysləriböyük ölçüdə dayandırılıb, milyonlarla sərnişin fevralın 3-ü saat03:00-dək davam edəcək aksiyadan təsirlənib.
Tətil Almaniya üzrə müşahidə olunan kəskin soyuqlar və buzlanmariski ilə eyni vaxta təsadüf edib. Milyonlarla vətəndaş işə getməküçün alternativ yollar axtarmağa məcbur qalıb. Hüquqşünaslar isənəqliyyatla bağlı risklərin işçinin məsuliyyəti olduğunu və tətilinişə gecikmək üçün əsaslı bəhanə sayılmadığını bildiriblər.