AZ

AQTA yanında İctimai şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı,2 fevral, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai şuranın yeni seçilmiş üzvləri ilə görüş olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə agentlik sədrinin müavini Balarəhim Quliyev yanvarın 23-də keçirilən növbəti seçkilər zamanı AQTA yanında İctimai şuraya üzv seçilən 7 nəfərə fəaliyyətlərində uğurlar arzulayıb.

O, yeni formalaşan İctimai şuranın qida təhlükəsizliyinin təmin edilməsinə, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, müvafiq qərarların qəbuluna, institusional inkişafa əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı agentliyin fəaliyyət istiqamətləri, əldə edilən nəticələr, qarşıya qoyulan hədəflər, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə İctimai şuranın üzvlərinə geniş məlumat verilib.

Tədbirdə çıxış edən İctimai şura üzvləri səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına, eyni zamanda, seçkinin tam şəffaf və ədalətli keçirilməsinə görə AQTA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Eləcə də ölkədə qida təhlükəsizliyinin təmin olunması sahəsində səlahiyyətləri çərçivəsində bütün səylərini səfərbər edəcəklərini vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
3
azertag.az

4Mənbələr