AZ

Azərbaycanla Malayziya arasında İKT sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub

ain.az bildirir, Azertag portalına istinadən.

Kuala Lumpur, 2 fevral, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nümayəndə heyəti Malayziyada səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfər Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Malayziyanın rabitə naziri Fahmi Fadzilin görüşündə əldə olunan razılıq əsasında təşkil edilib.

Səfərin məqsədi rəqəmsal transformasiya, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, 5G, data mərkəzləri və innovasiya sahələrində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eləcə də, iki ölkə arasında sözügedən sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin təşviqi olub.

Səfər çərçivəsində nümayəndə heyəti Malayziyanın müvafiq dövlət qurumları, o cümlədən, Elm, Texnologiya və İnnovasiya Nazirliyi, Rabitə Nazirliyi, Rəqəmsal Nazirliyi, Milli Kibertəhlükəsizlik Agentliyi, Rabitə və Multimedia Komissiyası, Milli Süni İntellekt İdarəsi, “Telekom Malaysia”, “Digital Nasional Berhad”, “Cybersecurity Malaysia”, Mikroelektron Sistemləri İnstitutu, Milli İnformasiya Yayımı Mərkəzi (NADI) və digər İKT təşkilatları ilə bir sıra görüşlər keçirib. Görüşlərdə rəqəmsal infrastrukturun inkişafı və tənzimləmə mexanizmləri, 5G-nin tətbiqi, innovasiya ekosistemi, süni intellekt həlləri, texnologiyaların kommersiyalaşdırılması, kibertəhlükəsizlik məsələləri sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nümayəndə heyəti, həmçinin Malayziyanın İKT sahəsi üzrə ixtisaslaşmış aparıcı ştatları olan Perak və Penanqa səfər edib. Həmin ştatlarda Rəqəmsal Perak və Rəqəmsal Penanq korporasiyalarının, Malayziya İnvestisiya İnkişafı Agentliyinin Penanq nümayəndəliyinin rəsmiləri ilə görüşlər keçirilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azertag.az

1Mənbələr