27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyektinin satışa çıxarılması ilə bağlı məlumat yayılıb. Manset.az məsələ ilə bağlı fikirlərini öyrənmək üçün sabiq nazirlə əlaqə saxlayıb. Səlim Müslümov bu barədə ətraflı danışmaq istəmədiyini bildirib:
"Mənə aid olan əmlaklar dövlət tərəfindən müsadirə olunub. Satışa çıxarılıb, heç nə deyə bilmərəm. Burada böyüdüləcək nə var? Nə deyə bilərəm ki?" - deyə sabiq nazir qeyd edib.
Qeyd edək ki, ümumilikdə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay da 490 min manata iki mənzili satışa çıxarılıb.
Tarix: 2 Fevral 2026, 13:30