AZ

"Turan Tovuz" Braziliya yığmasının sabiq üzvü ilə maraqlanır

"İmişli"nin daha bir futbolçusu "Turan Tovuz"un transfer siyahısına düşüb.

Sportal.az saytına verilən məlumata görə, Tovuz təmsilçisi bölgə klubunun braziliyalı oyunçusu Juninyo ilə maraqlanır.

"Turan Tovuz" mövsümün sonunda Luiz Fernando Silvestre Junioru heyətinə qatmaq barədə düşünür.

Juninyo karyerası ərzində “Atletiko Paranaense”, “Mirassol”, “Sianorte”, “Aparesidense” klublarında oynayıb.

22 yaşlı yarımmüdafiəçi Braziliyanın U-20 yığmasında çıxış edib.

Qeyd edək ki, "Turan Tovuz"un "İmişli"nin digər legioneri Dioqo Almeyda ilə maraqlandığı da iddia olunur.

saytlarin hazirlanmasi

Seçilən
3
1
sportal.az

2Mənbələr