AZ

Qəzada həyatını itirən Səmanın FOTOSU

Xəbər verdiyimiz kimi, Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Masallı rayon sakini, 28 yaşlı Fərid Mirzəyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan “Volvo” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər – sürücünün əmisi uşaqları, 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev hadisə yerində həyatını itirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəzada faciəvi şəkildə həlak olan Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub.

Universitetdən bildirilib ki, o, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursda təhsil alıb. 


Bizim.Media

Seçilən
23
bizim.media

1Mənbələr