AZ

Qəzada ölən Səmanın fotosu - YENİLƏNİB

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada faciəvi şəkildə həlak olan S.Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub. 

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, o, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursda təhsil alıb. 

"Cebheinfo.az"

Seçilən
13
5
cebheinfo.az

10Mənbələr